Şəki Regional Elmi Mərkəzinin əməkdaşı folklor ekspedisiyasında olub
İyl 31, 2026 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Tural Adışirinov Şəkinin Orta Zəyzid kəndində folklor ekspedisiyasında olub.
Ekspedisiya çərçivəsində kəndin zəngin şifahi xalq ədəbiyyatı nümunələri, yerli sakinlərin yaddaşında qorunub saxlanılan folklor materialları toplanılıb.
Qeyd edək ki, əldə olunan materiallar elmi cəhətdən sistemləşdirilərək araşdırılacaq və gələcək tədqiqatlarda istifadə olunacaq.