Şəki Regional Elmi Mərkəzin əməkdaşı "Türkoloji Qurultay: dünən və bu gün" mövzusunda tədbirdə çıxış edib
İyl 31, 2026 | 02:43
31 iyul 2026-cı il tarixində Balakən Rayon Heydər Əliyev Mərkəzində "Türkoloji Qurultay: dünən və bu gün" mövzusunda tədbir keçirilib.
Tədbirdə Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının ortaq elmi və mədəni irsi, eləcə də müasir dövrdə türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya məsələləri müzakirə olunub.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, t.ü.f.d. Akif Məmmədli "Türkoloji Qurultayın əhəmiyyəti və türk dövlətlərinin inteqrasiyası" mövzusunda məruzə edib. O, çıxışında Türkoloji Qurultayın türk xalqlarının ortaq dəyərlərinin qorunması, elmi əlaqələrin inkişafı və türk dünyasının inteqrasiyasının möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. Həmçinin türk dövlətləri arasında təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.