Şəki Regional Elmi Mərkəzində müşavirənin nəticələrinə həsr olunmuş iclas keçirilib
İyl 30, 2026 | 05:00
AMEA-da Şəki Regional Elmi Mərkəzinin gələcək fəaliyyətinə həsr olunmuş müşavirənin nəticələri ilə bağlı 30 iyul 2026-cı il tarixində Şəki Regional Elmi Mərkəzində iclas keçirilib.
İclası Mərkəzin direktoru, fil.e.d., dosent Kamil Adışirinov açaraq AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin müşavirədə səsləndirdiyi tövsiyə və tapşırıqları kollektivin diqqətinə çatdırıb. Bildirilib ki, Mərkəzin gələcək fəaliyyətinin daha da təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması, elmi nəticələrin tətbiqi və əməkdaşlığın genişləndirilməsi istiqamətində verilən tapşırıqların icrası təmin olunmalıdır.
İclasda müşavirədə irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib və onların icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
İclas çərçivəsində AMEA tərəfindən İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları üçün verilmiş Fəxri fərmanlar öz sahiblərinə təqdim olunub.