Şəki REM-in əməkdaşı magistratura təhsilini yüksək nəticələrlə başa vurub
İyl 02, 2026 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Sənədlərlə iş şöbəsinin müdiri Sevinc Hüseynova Mingəçevir Dövlət Universitetinin "İnformatika fənninin tədrisi metodikası və metodologiyası" ixtisası üzrə magistratura pilləsini yüksək nəticələrlə başa vuraraq magistr dərəcəsi alıb.
Sevinc Hüseynovanın əldə etdiyi bu uğur onun peşəkar fəaliyyətinin və elmi inkişafının mühüm göstəricisidir.
Şəki Regional Elmi Mərkəzinin kollektivi Sevinc Hüseynovanı magistr dərəcəsi alması münasibətilə səmimi-qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və davamlı nailiyyətlər arzulayır.