Şəki Regional Elmi Mərkəzin əməkdaşları arxeoloji, etnoqrafik elmi ekspedisiyada olublar
İyn 17, 2026 | 02:00
İyn 17, 2026 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları- şöbə müdiri Elşən Abdurahmanov, əməkdaşlar Habil Xəlilov, Elçin Abdulhəmidov və Ramil Teymurov - Şəkinin Babaratma və Orta Zəyzid kəndlərində yerləşən abidələrin xarakterik xüsusiyyətlərinin öyrənilməsi, etnoqrafik materialların toplanması, arxeoloji kəşfiyyat işlərinin aparılması məqsədilə elmi ekspedisiyada olublar.








