Şəki Regional Elmi Mərkəzin əməkdaşlarının Gözbarax kəndində elmi ekspedisiyada olublar
İyn 19, 2026 | 11:00
17.06.2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin əməkdaşları – şöbə müdiri, fil.ü.f.d. İradə Yusifova, elmi işçilər Təranə Məmmədova və Tural Adışirinov, baş laborant Aynur Məmmədova Zaqatala rayonunun Gözbarax kəndində ekspedisiyada olublar.
Ekspedisiya iştirakçıları Gözbarax kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi Ramin Kazımovla görüşərək kənd əhalisinin məşğuliyyəti, sosial-mədəni həyatı və kəndin tanınmış ziyalıları haqqında məlumat toplayıblar.
Daha sonra onlar kənd sakinləri Nabat Rəfiyeva və Dilşad İsmayılova ilə görüşüb, söhbətlər zamanı bayatı, əfsanə və şeir nümunələri qeydə alıblar.