Şəki Regional Elmi Mərkəzdə yarımillik hesabatlar dinlənilib
İyn 16, 2026 | 12:00
2026-cı il iyunun 16-da AMEA-nın Şəki Regional Elmi Mərkəzində İctimaiyyətlə əlaqələr şöbəsinin, Kitabxananın, Mülki Müdafiə Qərargahının, Həmkarlar Təşkilatının, eləcə də Gənc alim və mütəxəssislər şurasının 2026-cı ilin ilk yarısı üzrə fəaliyyətinə dair hesabatlar dinlənilib.
Müzakirələr zamanı hesabatlarda əks olunan fəaliyyətlər müsbət qiymətləndirilib, qarşıdakı dövr üçün müvafiq tapşırıq və tövsiyələr verilib, təqdim olunan yarımillik hesabatlar qənaətbəxş hesab edilib.