Şəki Regional Elmi Mərkəzim direktoru Kamil Adışirinovun məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
İyn 11, 2026 | 06:00
İyn 11, 2026 | 06:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fil.e.d., dosent Kamil Adışirinovun “Language and Stylistic Features of the Works of Sheki Writers” (“Şəki yazarlarının əsərlərinin dil və üslub xüsusiyyətləri”) adlı yeni məqaləsi Özbəkistanın Əndican Dövlət Universitetinin Elmi Xəbərlər jurnalının Humanitar Tədqiqatlar Seriyasının 1-ci nömrəsində nəşr olunub.
Qeyd edək ki, sözügedən jurnal Özbəkistan Respublikası Ali Attestasiya Komissiyasının milli elmi nəşrlər siyahısına daxil edilmiş və ResearchBib beynəlxalq elmi bazasında indekslənən nüfuzlu nəşrlərdən biridir.
Kamil Adışirinovu təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.








