Şəki REM-də elmi şöbələrin fəaliyyətinə dair hesabatlar dinlənilib
İyn 12, 2026 | 01:00
İyn 12, 2026 | 01:00
11-12 iyun 2026-cı il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ədəbi-mədəni mühit və folklor, Tarix və epiqrafika, eləcə də Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biomüxtəlifliyi və genefond, Tut ipəkqurdunun seleksiyası, şöbələrinin 2026-cı ilin ilk yarım ili üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.
İclas zamanı şöbələr tərəfindən görülən işlər, əldə olunan elmi nəticələr, həyata keçirilən tədqiqat istiqamətləri və iştirak olunan elmi tədbirlər barədə məlumat verilib. Aparılan müzakirələr zamanı hesabat dövründə yerinə yetirilmiş fəaliyyətlər müsbət qiymətləndirilib və qənaətbəxş hesab olunub








