AMEA-nın Şəki REM əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər
İyn 10, 2026 | 03:00
10 iyun 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Narınqala Şəhər Folklor Evinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən, İkinci Qarabağ müharibəsi şəhidi Məmmədiyyə Cabbarzadənin xatirəsinə həsr olunmuş “Yarım qalan arzular” adlı anım tədbirində iştirak ediblər.
Tədbirdə şəhidin həyat və döyüş yolundan bəhs olunub, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışılıb. Çıxış edənlər İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Anım mərasimində şəhid Məmmədiyyə Cabbarzadənin həyatını və döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, bədii-kompozisiya və ədəbi-bədii çıxışlar təqdim edilib.