Şəki Regional Elmi Mərkəzin əməkdaşlarının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub
İyn 03, 2026 | 12:00
İyn 03, 2026 | 12:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları - elmi katib Vəfa Atayeva, Ekoloji biofizika şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İlqar İsmayılov, kiçik elmi işçi Vəfa Məmmədli, Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov və kiçik elmi işçi Sevər Əhmədovanın həmmüəllifi olduqları “Relationship Between Weather Conditions and the Physicochemical Indicators of Canal Water and Soil in the Gene Pool Garden of Shaki REM” adlı elmi məqalə “International Journal of Innovative Science and Research Technology” jurnalının 2026-cı il may sayında dərc olunmuşdur.
Məqalə müəlliflərini ürəkdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni uğurlar arzulayırıq.








