26 may 2026-cı il tarixində Şəki REM-də müqəddəs Qurban Bayramı münasibətilə tədbir təşkil olunub
May 26, 2026 | 01:55
May 26, 2026 | 01:55
Tədbirdə Arxeologiya və epiqrafika şöbəsinin əməkdaşı Habil Xəlilov çıxış edərək bildirib ki, Qurban Bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri olmaqla yanaşı, həm də mərhəmət, paylaşmaq və ehtiyacı olan insanlara dəstək göstərmək kimi ali dəyərləri özündə birləşdirir. O qeyd edib ki, xalqımız əsrlər boyu milli-mənəvi ənənələrini qoruyub saxlamış, bayramları yüksək ehtiram və sevgi ilə qeyd etmişdir.
Habil Xəlilov ölkəmizdə milli-mənəvi dəyərlərə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğını xüsusi vurğulayıb.
O, insanları xeyirxahlığa, qarşılıqlı hörmətə və birlik ruhuna səsləyən bu müqəddəs günlərdə cəmiyyətimizdə həmrəylik və sosial məsuliyyət hissinin daha da gücləndiyini bildirib, bayram münasibətilə həmkarlarını təbrik edib.








