AMEA-da Azərbaycan dilinin qrammatikasına dair elmi səviyyədə leksika, fonetika və sintaksis bölmələri çap olunub. Morfologiya bölməsinin də ilin sonunadək çap edilməsi nəzərdə tutulur
May 25, 2026 | 03:00
Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında söyləyib.
O bildirib ki, bu iş Azərbaycan dilinin saflığının qorunmasına göstərilən elmi dəstəyin mühüm ifadəsi olacaq.