Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib
May 14, 2026 | 06:00
TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gəliblər.
Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də çıxış edib.
Akademik Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi fikir tarixində mühüm mərhələ təşkil etdiyini bildirib.
O qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş bu mötəbər elmi toplantı ortaq dil, əlifba, milli-mədəni dəyərlərin qorunması və türkologiya elminin sistemli inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb.