Şəki Regional Elmi Mərkəzin əməkdaşları beynəlxalq elmi konfransda çıxış ediblər
May 14, 2026 | 12:29
May 14, 2026 | 12:29
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 11-14 may 2026-cı il tarixlərində Xankəndidə keçirilən “VII Beynəlxalq Dədə Qorqud Türk Mədəniyyəti, Dili, Tarixi və Ədəbiyyatı” adlı konfransda müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov “Şəkidə Sovet hakimiyyətinin qurulması”, şöbənin elmi işçisi Elçin Vəliyev “2004–2008-ci illərdə Şəki şəhərinin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər”, Ədəbi-mədəni mühit və folklor şöbəsinin elmi işçisi Təranə Abdullayeva “Azərbaycan SSR və Özbəkistan SSR ədəbiyyat və mədəniyyət günlərinin regional mətbuatda təqdimatı (“Zaqatala” qəzetinin materialları əsasında)”, Sənədlərlə iş şöbəsinin müdiri Sevinc Hüseynova “Proqramlaşdırmanın tədrisində sintaksis baryeri probleminin oyunlaşdırma texnologiyaları vasitəsilə həlli: “İnformatika bingosu” modeli”, Kitabxana müdiri Günel Musayeva “Firidun bəy Köçərli: folklorşünaslıq və ədəbiyyatşünaslıq kontekstində” mövzuları üzrə məruzə ediblər.
Konfransda, həmçinin Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanında mif və yaddaşın transformasiyası” mövzusunda məruzə ilə onlayn formatda iştirak edib.
Əməkdaşlarımızı təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.








