Əbədiyyət qazanan ömür yolu
May 10, 2026 | 10:00
May 10, 2026 | 10:00
Bəzən tarix bir insanın iradəsində yenidən doğulur...
Bəzən bir xalqın taleyi böyük bir liderin adı ilə bağlı olur...
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Heydər Əliyev — bu ad Azərbaycan xalqının yaddaşına müdriklik, qətiyyət və xilaskarlıq simvolu kimi həkk olunub.
Ən çətin anlarda xalqının yanında olan, dövlətçiliyimizi qoruyan, müstəqil Azərbaycanın təməlini möhkəmləndirən dahi şəxsiyyət...
Onun uzaqgörən siyasəti Azərbaycanı qaranlıqdan işığa, ümidsizlikdən inkişafa aparan yol oldu.
O, xalqını sonsuz məhəbbətlə sevirdi.
Xalq da öz böyük oğlunu qəlbinin ən uca yerində yaşatdı.
Heydər Əliyevin müəyyən etdiyi yol bu gün də yaşayır...
Bu yol güclü Azərbaycanın, qalib Azərbaycanın yoludur.
Bu müqəddəs siyasi iradə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da gücləndi...
Ordumuz qüdrətləndi...
Xalq-lider birliyi sarsılmaz oldu...
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər tariximizin qürur səhifəsinə çevrildi.
İllərlə həsrətində olduğumuz torpaqlarımız azad edildi.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Bu Zəfər həm də Heydər Əliyev ideyalarının təntənəsi idi...
Bu gün Azərbaycanın hər guşəsində inkişafın, quruculuğun və qələbənin nəfəsi duyulur.
Dalğalanan üçrəngli bayrağımız, yüksələn Azərbaycan Heydər Əliyev yolunun canlı təcəssümüdür.
Çünki bəzi insanlar zamanla unudulmur...
Əksinə, onlar xalqın taleyinə çevrilirlər...
Heydər Əliyev — təkcə bir lider deyil...
Bir məktəbdir... Bir tarixdir... Bir ömürlük yoludur Azərbaycanın...
Və bu yol əbədi yaşayacaq.








