MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün keçirilən təlim başa çatıb
May 08, 2026 | 03:00
May 08, 2026 | 03:00
Təlimdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kitabxanaçısı Aygül Xəlilova da iştirak edib. İki həftə davam edən proqram çərçivəsində iştirakçılara müasir kitabxana xidmətləri, elektron informasiya resurslarından istifadə, elmi bazalarla iş prinsipləri və kitabxana idarəçiliyi sahəsində nəzəri və praktiki biliklər təqdim olunub.
Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.








