Şəki Regional Elmi Mərkəzin əməkdaşları beynəlxalq simpoziumda sertifikatla təltif olunublar
May 01, 2026 | 10:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları-şöbə müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayev və şöbənin əməkdaşı Elvin Qarayev Akçakoca Turizm ve Ekonomi Sempozyumunda “Otellər və otel tipli yerləşdirmə müəssisələrinin performans göstəricilərinin statistik təhlili və turizm sektoruna təsiri (Balakən rayonu timsalında)” mövzusunda müştərək məqalə ilə iştirak etdiklərinə görə sertifikatla təltif olunublar.
Əməkdaşlarımızı təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.