Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş tədbirdə "Ədəbi prizmada həkimlik" mövzusunda məruzə təqdim olunub
Apr 27, 2026 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova aprelin 27-də Şəki Regional Asan Xidmət Mərkəzi və "Narınqala" şəhər Folklor Evinin birgə təşkilatçılığı ilə görkəmli alim, oftolmoloq Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "İnsanlığa xidmət edən ömür yolu " adlı tədbirdə "Ədəbi prizmada həkimlik" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Şəki Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi, əməkdaşları , könüllüləri , ADPU-nun Şəki filialının muəllim və tələbə kollektivi, Narınqala Folklor evinin kollektivi, YAP-ın fəal üzvü Səadət Qaffarova iştirak ediblər.