AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi xalqımızı Novruz bayramı və Ramazan bayramı münasibətilə təbrik edir
Mart 19, 2026 | 02:00
Bu gün xalqımız iki böyük mənəvi dəyərin
sevincini eyni anda yaşayır. Bu nadir uyğunluq təkcə təqvimlərin deyil, həm də dəyərlərimizin, tariximizin və ruhumuzun vəhdətini ifadə edir.
Novruz təbiətin oyanışı, həyatın yenilənməsi və ümidlərin cücərməsi deməkdir, Ramazan Bayramı insanın mənəvi kamilliyə, mərhəmətə yüksəlişinin rəmzidir. Bu iki bayramın bir araya gəlməsi bizə xatırladır ki, həm təbiətdə, həm də insan qəlbində yenilənmə və paklaşma eyni kökdən qaynaqlanır.
Bu əlamətdar günlərdə hər birimiz birlik və həmrəyliyin, qarşılıqlı hörmət və qayğının nə qədər önəmli olduğunu bir daha dərk edirik. Qoy bu bayramlar cəmiyyətimizdə sülhün, əmin-amanlığın daha da möhkəmlənməsinə töhfə versin.
Arzu edirik ki, bayram sevinciniz uzunömürlü olsun, evlərinizdən ruzi-bərəkət, süfrələrinizdən bolluq, qəlblərinizdən isə ümid əskik olmasın.
Bayramınız mübarək!