Şəki Regional Elmi Mərkəzin əməkdaşlarının elmi məqaləsi dərc olunub
Mart 17, 2026 | 04:07
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq şöbəsinin əməkdaşları-şöbə müdiri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli və elmi işçi Murad Qəhrəmanovun "Şəki-Zaqatala bölgəsində səhralaşma proseslərinin ekoloji və biocoğrafi xüsusiyyətləri" adlı müştərək məqaləsi, həmçinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayevin "Boz qaya şəlaləsi və ətraf ərazilərin fiziki-coğrafi xüsusiyyətləri" adlı məqaləsi beynəlxalq indeksli "Nature & Science" jurnalının xüsusi buraxılışı - "Biologiya elmləri üzrə I Beynəlxalq Elmi Konfrans" dərgisində nəşr olunub.