AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi İlaxır çərşənbə münasibətilə Şəki şəhərinin tarixi Qala divarları ərazisində təşkil olunmuş ümumşəhər tədbirində iştirak edib
Mart 18, 2026 | 11:00
Mart 18, 2026 | 11:00
Tədbir çərçivəsində qədim milli adət-ənənələrimizi əks etdirən maraqlı proqram təqdim olunub, Novruz öncəsi son çərşənbənin – İlaxır çərşənbənin rəmzi olan tonqallar qalanıb, folklor nümunələri, musiqi və rəqs çıxışları nümayiş etdirilib. Şəhər sakinləri və qonaqlar bayram əhval-ruhiyyəsini birgə bölüşərək milli-mənəvi dəyərlərimizi yaşadıblar.








