Şəki Regional Elmi Mərkəzdə 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib
Mart 06, 2026 | 04:00
Mart 06, 2026 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəki REM-in qadın əməkdalarının cəmiyyətin inkişafında, eləcə də kollektivin fəaliyyətində göstərdikləri zəhmət və fədakarlıq xüsusi qeyd olunub.
Çıxış edənlər qadınların ailə və cəmiyyətdəki mühüm rolundan danışaraq onları bu əlamətdar gün münasibətilə təbrik ediblər, onlara möhkəm can sağlığı, xoşbəxtlik və iş fəaliyyətlərində yeni uğurlar arzulayıblar. Tədbir zamanı kollektivdə çalışan qadınların fotolarından ibarət maraqlı və yaddaqalan videoçarx təqdim olunub.
Tədbir çərçivəsində qadın əməkdaşların hər birinə Şəki REM-in Həmkarlar təşkilatı tərəfindən hədiyyələr təqdim edilib.








