"İpəkçiliyin inkişafı və perspektivləri" kitabı nəşr olundu
Fev 26, 2026 | 05:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri, bio.ü.f.d., dos. Qüdürət Bəkirov, Tarix və epiqrafika şöbəsinin aparıcı elmi işçisi, ped.e.d., prof. Firədun İbrahimovun müəllif olduqları “İpəkçiliyin inkişafı və perspektivləri” adlı kitab nəşr edilib.
Qeyd edək ki, kitabda Şəki REM-in Tut ipəkqurdunun seleksiyası şöbəsinin uzun illər ərzində ipəkçiliyin inkişafına yönəlmiş elmi-tədqiqat işləri, aparılmış seleksiya təcrübələri və əldə olunmuş nəticələrə dair geniş materiallar təqdim olunub.
Kitabın baş redaktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü, elmi redaktoru fil.e.d., dos. Kamil Adışirinov, rəyçiləri isə bio.e.d., dos.Elşad Əhmədov və aqrar elmlər üzrə fəlsəfə doktoru Qaffar Məmmədovdur.
Müəllifləri bu dəyərli elmi nəşrin işıq üzü görməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində yeni uğurlar arzulayırıq.