Şəkidə “Azərbaycan təhsil tarixinə dair oçerklər” kitabı nəşr edilib
Fev 25, 2026 | 02:00
Fev 25, 2026 | 02:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin və ADPU-nun Şəki filialının birgə əməkdaşlığı nəticəsində tərtib olunan “Azərbaycan təhsil tarixinə dair oçerklər” adlı 3 cildlik kitab oxucuların ixtiyarına verilib.
Kitabın tərtibçiləri pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, tarix üzrə fəlsəfə doktorları Rahim Həsənov və Vüsal Baxışov, həmçinin ADPU-nun Şəki filialının baş müəllimi Həbibullah Manaflıdır. Elmi redaktor fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, elmi məsləhətçi filologiya elmləri doktoru, dosent Kamil Adışirinovdur. Rəyçilər tarix elmləri doktoru, professor Anar İskəndərov və tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədovdur.
Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi səmimi-qəlbdən təbrik edir, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayırıq.








