Şəki REM-in əməkdaşları konfransda məruzə ilə çıxış ediblər
Fev 23, 2026 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları- Elvin Qarayev və elmi işçi Aqil Mustafayev Türkiyə Respublikasında 12-14 fevral tarixlərində keçirilmiş XVII Beynəlxalq Başkent Humanitar və Sosial Elmlər Konfransında “Balakən rayonunda əmək bazarının demoqrafik və iqtisadi təhlili (2019-cu il əhalinin siyahıyaalınması əsasında)” mövzusunda məruzə ilə onlayn çıxış ediblər.
Qeyd edək ki, müəlliflər tərəfindən təqdim edilən tezis "Konfrans materialları" toplusunda dərc olunub.
Əməkdaşlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.