AMEA-nın Şəki Regional Elmi Mərkəzində yanğınla mübarizə hazırlığı üzrə məşğələ keçirilib
Fev 13, 2026 | 03:00
13 ferval 2026-cı il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Mülki Müdafiə Qərargahının illik iş planına əsasən, yanğınla mübarizə hazırlığı üzrə növbəti məşğələ keçirilib.
Əvvəlcə Şəki REM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək, məşğələnin keçirilməsində məqsədin şəxsi heyətin fövqaladə hallar zamanı baş verə biləcək yanğın prosesi haqqında ümumi məlumatlandırılması, yanğınsöndürmə üsulları və qaydalarının öyrədilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Sonra FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb Regional Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Vüsal Məşədiməhərrəmovun və Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimovun mövzu ətrafında məruzələri dinlənilib.
Daha sonra dinləyicilər gündəliyə uyğun olaraq, məişətdə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici videoçarxı izləyiblər.
Sonda Şəki Regional Elmi Mərkəz ilə əməkdaşlığa görə FHN DYNX-nin Şimal-qərb Regional Yanğın Nəzarəti İdarəsinə Təşəkkürnamə təqdim olunub.