12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür
Dek 12, 2025 | 11:00
Bugün biz milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin möhkəmləndirilməsi və inkişafı naminə misilsiz xidmətləri olan, xalqımızın inam və sevgisini qazanmış dahi şəxsiyyət Heydər Əliyevi dərin ehtiramla xatırlayırıq.
Tarix yaradan şəxsiyyətlər heç vaxt unudulmur. Heydər Əliyevin zəngin irsi, dövlətçilik ideyaları və vətənə bağlılığı bu gün də yaşayır, gələcək nəsillərə yol göstərir. Azərbaycan xalqı onu hər zaman böyük hörmət, qürur və minnətdarlıqla yad edəcək.
Allah rəhmət eləsin!