Şəki Regional Elmi Mərkəzin Həmkarlar Təşkilatının illik hesabatı keçirilib
Dek 10, 2025 | 06:00
Dek 10, 2025 | 06:00
10 dekabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev cari ildə görülən işlərə dair illik hesabatla çıxış edib.
Hesabat tədbiri zamanı o, Həmkarlar Təşkilatının 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyət istiqamətləri, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, mərkəzdə sağlam və işgüzar mühitin formalaşdırılması barədə ətraflı məlumat verib.
Aqil Mustafayev ilin yekunlarını ümumiləşdirərək qeyd edib ki, həm təşkilati işlərin səmərəliliyinin artırılması, həm də əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. O, gələcək dövr üçün qarşıda duran vəzifələri diqqətə çatdıraraq Həmkarlar Təşkilatının əməkdaşlarla daha sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini vurğulayıb.
Sonda hesabat ilinin nəticələri müzakirə edilib və təşkilatın gələcək fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.








