AMEA-nın Şəki Regional Elmi Mərkəzində 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib
Noy 12, 2025 | 02:00
Noy 12, 2025 | 02:00
Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğ.ü.f.d. Qafqaz Ağabalayev çıxış edib. Məruzəçi 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının müstəqil dövlətçiliyimizin hüquqi təməl daşına, azadlığımızın, suverenliyimizin və milli birliyimizin rəmzinə çevrildiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq xalqın iradəsini, milli ruhunu və azadlıq arzularını özündə əks etdirən Konstitusiyanın qəbulundan ötən illər ərzində Azərbaycan Respublikasının böyük inkişaf yolu keçdiyini, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin formalaşması, sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Vurğulayıb ki, hazırda Ulu Öndərin müəyyən etdiyi inkişaf yolunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir, Prezidentimiz Azərbaycan Respublikası Konstitusiyasının prinsiplərinə əsaslanan güclü, müasir, dinamik və ədalətli dövlət quruculuğu prosesini həyata keçirir.
Sonda Azərbaycan dövlətinin, onun Konstitusiyasının və xalqımızın birliyinin əbədi olmasını diləyib.








