Şəki Regional Elmi Mərkəzin əməkdaşı Beynəlxalq konfransda iştirak edib
Noy 06, 2025 | 02:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Rahim Həsənov 06 noyabr 2025-ci il tarixində Şamaxı şəhərində keçirilən "Qələbənin 5 illiyinə həsr olunmuş Beynəlxalq araşdırmalar" konfransında "Şəkidə XVIII-XIX əsrlərə aid qəbir abidələrinin özünəməxsus xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.