“Elm və həyat” elmi-populyar jurnalının yeni sayı işıq üzü görüb
Okt 31, 2025 | 02:00
Okt 31, 2025 | 02:00
AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2025-ci ildə üçüncü sayı nəşr olunub.
Yeni sayda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Suverenlik zirvəsi”, akademik Dilqəm Tağıyevin “Azərbaycan Milli Elmlər Akademiyasında təbiət elmləri”, akademik İsmayıl Hacıyevin “Azərbaycan milli memarlığının dünya səviyyəli möhtəşəm abidəsi”, Aytək Məmmədovanın “XX əsrdə Azərbaycanın elmi və ədəbi mühitində postmüharibə məsələlərinə baxış”, Esmira Cavadovanın “Əkinçi” qəzetinin ziyaları - Mirzə Fətəli Axundzadə”, Mayıl İsmayılovun “Jurnalistikanın əfsanəsi: Nürnberq prosesi”, Tutu Hüseynovanın “Üzeyir Hacıbəylinin “Şur” fantaziyası”, Fəridə Şəmsinin “Yusif Məmmədəliyevin irsi muzeylərdə”, Lütviyyə Əsgərzadənin “Zəngəzurun qan yaddaşı və təbiəti Azərbaycan romanında”, Zaur Əliyevin “VİŞAP - Qərbi Azərbaycanda erməniləşdirilməsi davam edən qədim abidələr”, Xəzər Zeynalovun “Azərbaycan realist təsviri sənətinin banisi - Mirzə Qədim İrəvani”, Ramin Əlizadənin “İrəvanın Urartu mirası: tarixi gerçəklik”, İlhami Cəfərsoyun “Qarabağın kilsələri”, Bəxtiyar Tuncayın “Xocalı kurqanları və qıpçaq-qarqarlar” sərlövhəli məqalələri yer alıb.
Bundan əlavə, Mehparə Əliyevanın “İraq-Türkman mərasimləri”, Əzizağa Ələkbərlinin “Azərbaycan-özbək mədəni əlaqələrinin inkişafında Cəlil Məmmədquluzadənin rolu”, Məmməd Sadıqovun “Borçalı Sarvan yaşayış məntəqəsi”, Gülçin Kazıminin “Mədəniyyət və yaradıcı sənayelər mədəni inkişafın amili kimi”, Lalə Quliyevanın “Təhsil sisteminin dayanıqlığı və onun gücləndirilməsi metodları”, Sərvan Kərimovun “Yardımlıda arxeoloji tədqiqatlar” sərlövhəli məqalələri, həmçinin “Meridian” və “Sağlamlıq” bölmələrində yer alan yazılarla tanış ola bilərsiniz.








