AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının məqalələri çap edilib
Okt 24, 2025 | 01:00

Şəki Regional Elmi Mərkəzin Landşafşünaslıq şöbəsinin əməkdaşlarının- şöbə rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli, elmi işçi Murad Qəhrəmanov və Xəzər Bəşirovun "Qarabağ və Şərqi Zəngəzurun alp landşaft qurşağının torpaqları və onların iqtisadi əhəmiyyəti" mövzusunda müştərək məqaləsi, həmçinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayevin "Təbii və antropogen təsirlər nəticəsində pozulmuş ekosistemin qorunması üçün vacib olan tədbirlər" mövzusunda məqaləsi AzərbaycanRespublikasıElmvəTəhsilNazirliyiTorpaqşünaslıq və Aqrokimya İnstitutunun 80 illiyi münasibətilə çap edilmiş "1945-2025 (2015-2025) 80 ilin 10 ilinə həsr edilmiş konfransın materialları" dərgisində nəşr olunub.