AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda konfransda iştirak ediblər
Okt 24, 2025 | 05:00
Şəki Regional Elmi Mərkəzin Arxeologiya və etnoqrafiya şöbəsinin rəhbəri Elşən Abdurahmanov, şöbənin əməkdaşı Habil Xəlilov 22-23 oktyabr 2025-ci il tarixlərində Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən
“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda "XIX-XX əsrin əvvəllərində Şəkidə dini təhsil" mövzusunda müştərək məruzəni təqdim ediblər.