
Şəki Regional Elmi Mərkəzin əməkdaşları "İnformasiya əldə etmək hüququnun təmini" mövzusunda təlimdə iştirak ediblər
Sen 23, 2025 | 03:00
Sen 23, 2025 | 03:00
23 sentyabr 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları-Sənədlərlər iş şöbəsinin rəhbəri Sevinc Hüseynova və Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanov Şəki Asan Xidmət Mərkəzində "İnformasiya əldə etmək hüququnun təmini" mövzusunda maarifləndirici təlimdə iştirak ediblər.
İştirakçılar Ombudsmanın İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin təlimçiləri tərəfindən informasiya infrastrukturu, informasiyanın obyekti və subyekti, informasiya təhlükəsizliyinin hüquqi əsaslarla təmin edilməsi və başqa bir çox vacib məsələlərlə bağlı maarifləndirilib.