
Şəki Regional Elmi Mərkəzdə əməyin mühafizəsi tədbirləri çərçivəsində növbəti monitorinq həyata keçirilib
Sen 13, 2025 | 01:00
Sen 13, 2025 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində əməyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş profilaktik tədbirlər çərçivəsində Mərkəzin əsas binasının elmi və texniki şöbələrində, o cümlədən, Tut ipəkqurdunun seleksiyası şöbəsində ofis təhlükəsizliyinə dair monitorinq aparılıb və əməkdaşlar müvafiq təhlükəsiz davranış qaydaları ilə bağlı təlimatlandırılıb.
Yoxlama və təlimatların əsas məqsədi əməkdaşların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları barədə maarifləndirilməsi, mövcud risklərin vaxtında müəyyənləşdirilərək qarşısının alınması və təhlükəsiz əmək mühitinin təmin edilməsi olub.
Monitorinq prosesində iş şəraitinin qüvvədə olan normativ tələblərə uyğunluğu qiymətləndirib, əməkdaşlara iş otaqlarında riayət olunmalı əsas ofis təhlükəsizliyi qaydaları ətraflı şəkildə izah edilib. O cümlədən, iş mühitində erqonomik qaydaların gözlənilməsi, ofis avadanlıqlarının təhlükəsiz istifadəsi və iş prosesində fərdi mühafizə vasitələrinin istifadəsinin zəruriliyi haqqında məlumatlar çatdırılıb.
Həmçinin, əməkdaşlara yanğın təhlükəsizliyi, iş yerində nizam-intizamın qorunması, fövqaladə hallarda davranış qaydaları və ilkin tibbi yardım mövzularında əsas qaydalar izah olunub. Fövqəladə hallar zamanı işçilərin təxliyə marşrutları və toplanış məntəqələri üzrə hərəkət planı izah edilib.