Şəki REM ailəsi birlikdə güclüdür
Sen 19, 2025 | 11:00
Fərd olaraq doğum günü qeyd etmək, maraqlı və yaddaqalan xatirələri bölüşmək insanı xoşbəxt edir.
Bir də bu xoşbəxtliyi qrup şəklində, bir ad altında birləşən əzmkar insanların əməyinin bəhrəsi kimi qeyd etmək sevincini düşünün.
Səhifəmiz, saytımız uzun illərdir fəaliyyətini davam etdirir, əməkdaşlarımız Şəki REM-in nailiyyətlərinin operativ şəkildə geniş ictimaiyyətə çatdırılması istiqamətində gecə-gündüz səylə çalışırlar.
Bu gün 4 nəfərdən ibarət bu kiçik qrupun fəaliyyətini əks etdirən Ictimai Srem səhifəsinin doğum günüdür. Bu münasibətlə Şəki REM ailəsini, xüsusilə də İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğur və nailiyyət arzulayırıq.
Hər zaman bizə dəstək olan, uğurlarımıza sevinən, sevincini bizimlə bölüşən, daim yanımızda olan, dəyər verən bütün dostlarımıza təşəkkür edirik. Təbriklərə görə minnətdarlığımızı bildiririk.