Şəki Regional Elmi Mərkəzin əməkdaşları "Azərbaycan mətbuatının inkişaf və vəzifələri" mövzusunda konfransda iştirak ediblər
İyl 17, 2025 | 04:00
İyl 17, 2025 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 17 iyul 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında Milli Mətbuat Gününün 150 illiyinə həsr edilmiş "Azərbaycan mətbuatının inkişaf və vəzifələri" mövzusunda konfransda iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova, baş mütəxəssis Vüqar Nəsrullayev, tərcüməçi Tavat Cəmilova, kompüter operatoru Aynur Mustafayeva AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən təşəkkürnamələrlə təltif edilib.
Əməkdaşlarımızı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq.








