Şəkidə "İpək yolu" XIV Beynəlxalq Musiqi Festivalı keçirilir
İyl 04, 2025 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları 04 iyul 2025-ci il tarixində Yuxarı Karvansarayda keçirilən "İpək yolu" XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin çıxışlarından ibarət konsert proqramında iştirak ediblər.
Proqram talış, avar, ləzgi, molokan, tat icmalarının folklor qruplarının bir-birindən maraqlı ifaları ilə yadda qalıb.
Xatırladaq ki, üç gün davam edəcək festivalda tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.