
Şəki Regional Elmi Mərkəzin əməkdaşları "Məclisi-şüəra"nın qonağı olublar
İyn 03, 2025 | 01:00
İyn 03, 2025 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları-Ədəbi-mədəni mühit, folklor şöbəsinin elmi işçisi, şair-tədqiqatçı Tural Adışirinov, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova 03 iyul 2025-ci il tarixində Kanal S televiziyasının "Məclisi şüəra" adlı ədəbi verilişinin qonağı olublar.
Verilişin aparıcısı, Bəxtiyar Vahabzadənin Ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli qonaqları salamladıqdan sonra sözü Tural Adışirinova verib.
Tural Adışirinov Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında nəşr olunan yeni "Publisistik və poetik düşüncələr adlı kitabı haqqında geniş məlumat verib.
Bildirib ki, kitabda müəllifin elmi araşdırmaları, publisistik məqalələri və bədii yaradıcılıq nümunələri olan şeirləri öz əksini tapıb. O, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Daha sonra söz Reyhan Mənəfovaya verilib. Reyhan Mənəfova "Bəxtiyar Vahabzadə yaradıcılığında mətnlatı yazı manerası" adlı elmi-tədqiqat işinin yaxın zamanda kitab şəklində nəşr edilərək geniş elmi ictimaiyyətə təqdim olunacağını bildirib. O, həmçinin Tural Adışirinin yaradıcılığı haqqında fikirlərini bölüşüb, şairin yaradıcılığından şeirlər səsləndirib.
Verilişin qonağı olan şair Gülnarə Nəsibova bədii yaradıcılığından nümunələr səsləndirib, roman sahəsində qələmini sınadığını bildirib, yaxın gələcəkdə romanının işıq üzü görəcəyini diqqətə çatdırıb.