
AMEA-nın Şəki Regional Elmi Mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisinin kitabı yenidən nəşr olunub
İyn 25, 2025 | 04:00
İyn 25, 2025 | 04:00
Mahmud Kaşqari adına Beynəlxalq Fondun layihəsi əsasında əməkdaşımızın "Publisistik və poetik düşüncələr" adlı kitabı yenidən nəşr olunub.
Layihə rəhbəri və ön söz müəllifi Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
"Elm və təhsil" nəşriyyatında çap edilən kitabda müəllifin şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi proseslə bağlı ədəbi yazıları və şeirləri yer alıb.
Kitabın rəyçiləri professorlar - Məhərrəm Qasımlı, Ramazan Qafarlı, Seyfəddin Rzasoydur.
Kitab 24 iyun tarixində AMEA-nın əsas binasının Akademik zalında ictiamiyyətə təqdim olunub.
Əməkdaşımızı təbrik edir, elmi və poetik yaradıcılığında uğurlar diləyirik.