AMEA-nın Şəki Regional Elmi Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
İyn 25, 2025 | 03:00
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü çıxış edərək hər bir dövlətin gücünü müəyyən edən, onu beynəlxalq arenada layiq olduğu mövqeyə çıxaran əsas amillərdən birinin hərbi potensialı və güclü ordusu olduğunu və Azərbaycan ordusunun bu gün öz tarixinin ən parlaq dövrünü yaşadığını vurğulayıb. O, Azərbaycan ordusunun 2020-ci ildə müasir silah növləri ilə nümayiş etdirdiyi çevik, fantastik döyüş taktikasının günümüzdə dünyanın aparıcı hərbi elmi mərkəzlərində təhlil edildiyini, öyrənildiyini və bütün bunların Azərbaycan ordusunun gücündən xəbər verdiyini diqqətə çatdırıb.
Daha sonra milli ordumuzun şücaətindən, cəsarət və yenilməzliyindən bəhs edən sənədli film nümayiş etdirilib.