AMEA-nın Şəki Regional Elmi Mərkəzində Mülki Müdafiə qərargahının növbəti məşğələsi keçirilib
İyn 13, 2025 | 02:00
İyun ayının 12-də AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Mülki Müdafiə Qərargahının illik iş planına uyğun olaraq, növbəti maarifləndirici məşğələ keçirilib.
“Xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən, yaralanma, yanğın və zədələnmə hallarında özünə və zərərçəkənlərə yardım göstərilməsi qaydaları” mövzusunda aparılan məşğələnin əsas məqsədi əməkdaşlara fövqəladə hadisələr zamanı, müxtəlif zədələnmələrə qarşı lazımi ilkin tibbi yardımın göstərilməsi qaydalarının öyrədilməsindən ibarət olub.
Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Y. Rəhimov keçiriləcək məşğələnin mahiyyəti barədə dinləyicilərə məlumat verdikdən sonra, İlkin tibbi yardım manqasının üzvü, Şəki REM-in elmi katibi Vəfa Atayevanın mövzu ətrafında, slaydlar üzərindən təqdimatı dinlənilib.
Təqdimat tamamlandıqdan sonra dinləyicilərin sualları cavablandırılıb.