İyun ayının 5-də Şəki Regional Elmi Mərkəzdə Qurban bayramı münasibətilə tədbir keçirilib
İyn 05, 2025 | 05:00
Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü dini dəyərlərimizə hörmət, onların qorunub saxlanması və təbliğ edilməsinin dövlət siyasətimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib, əməkdaşları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Sonra Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşı Habil Xəlilov Qurban bayramının milli-mənəvi həmrəyliyi, humanizmi və qardaşlığı, xeyirxahlığı və mərhəmət duyğularını əks etdirməsindən danışıb.
Sonda İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfovaya və Elektron xidmətlər şöbəsinin rəhbəri Namiq Abdurahmanova 2025-ci ildə göstərdikləri səmərəli və nümunəvi fəaliyyətlərinə görə Təşəkkürnamə verilib.