AMEA-nın Şəki Regional Elmi Mərkəzində Mülki Müdafiə qərargahının məşğələsi keçirilib
May 29, 2025 | 03:00
May 29, 2025 | 03:00
May ayının 29-da AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Mülki Müdafiə Qərargahının illik iş planına uyğun olaraq, Mülki Müdafiə qüvvələrinə cəlb olunmayan əməkdaşlarla növbəti maarifləndirici məşğələ keçirilib.
“Zəhərləyici maddələr və güclü təsiredici zəhərləyici maddələrin (GTZM) insan orqanizminə təsiri və güclü təsiredici zəhərləyici maddələrdən qorunma qaydaları” mövzusunda aparılan məşğələnin əsas məqsədi əməkdaşlara fövqəladə hadisələr zamanı özünümüdafiə davranış qaydalarını təbliğ etməkdən ibarət olub.
Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Y. Rəhimov keçiriləcək məşğələnin mahiyyəti barədə dinləyicilərə məlumat verdikdən sonra qrup rəhbəri, Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol-min. ü. f. d. H. Mustafabəylinin mövzu ətrafında məruzəsi dinlənilib.
Sonra fərdi qoruyucu mühafizə vasitələrindən istifadə qaydalarına aid videoçarx nümayiş etdirilib, əməkdaşlar Mülki Müdafiə Qərargahının tədris otağındakı sərgi və stendlərlə tanış olublar.








