Şəki Regional Elmi Mərkəzdə 9 May faşizm üzərində Qələbə günü qeyd edilib
May 07, 2025 | 12:00
07 may 2025-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 9 May faşizm üzərində Qələbə günü münasibəti ilə tədbir keçirilib.
Tədbiri açan Şəki REM-in baş direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü İkinci Dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycanın böyük töhfə verdiyini qeyd edib, xalqın həm ön, həm də arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov "Şəki müharibə illərində" mövzusunda çıxış edib. O, faktlara və statistik rəqəmlərə istinad edərək İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsi illərində Şəki əhalisinin vətənpərvərliyindən bəhs edib, əhalinin 40%-nin müharibədə iştirak edərək qəhrəmanlıq göstərdiyini, minlərlə insanın həlak olduğunu və itkin düşdüyünü diqqətə çatdırıb.
Şəki REM-in elmi işlər üzrə direktor müavini, fil.e.d., dos. Kamil Adışirinov "Müharibə mövzusu bədii ədəbiyyatda" adlı çıxışında Azərbaycan ədəbiyyatının istər nəzm, istər nəsr nümunələrində müharibə mövzusuna geniş yer verildiyini qeyd edib, bədii əsərlərdən nümunələr gətirərək fikirlərini əsaslandırıb.
Sonda 9 May faşizm üzərində Qələbə günü ilə bağlı videoçarx nümayiş etdirilib.