AMEA-nın Şəki Regional Elmi Mərkəzində elmi seminar keçirilib
May 09, 2025 | 10:41
Şəki REM-in Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılovanın "Zaqatala rayonunda turizm potensialından istifadənin əhalinin məşğulluq problemlərinin həllinə təsiri" mövzusunda məqaləsi seminarda müzakirə edilib.
Məruzəçi məqalədə tədqiqata cəlb edilən problemin həlli istiqamətində rəsmi qurumların statistik məlumatlarından, yerli informatorlardan alınan məlumatlardan istifadə edildiyini bildirib. Elmi-tədqiqat işində Zaqatala rayonunun təbii-landşaft xüsusiyyətlərinin, mədəni irsinin, ekoturizm və aqroturizm imkanlarının araşdırıldığını, bütün bu göstəricilərin məşğulluğa təsirinin müəyyənləşdirildiyini və məşğulluq probleminin aradan qaldırılması istiqamətində nəticələrin əldə edildiyini diqqətə çatdırıb.