Əməkdaşımız İDEA Education Center MMC-nin diplomunu alıb
May 11, 2025 | 11:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Namiq Abdurahmanov "İDEA Education Center MMC"-nin (İT) İnformasiya Təhlükəsizliyi ixtisası üzrə tam kursu bitirərək diplom alıb.
Qeyd edək ki, 14 mövzunu əhatə edən kursun əsas məqsədi informasiya təhlükəsizliyi, məxfilik, bütövlük və əlçatanlıq prinsipləri (CIA modeli), parol təhlükəsizliyi və güclü şifrələrin yaradılması, sosial mühəndislik və phishing (aldadıcı e-maillər), zərərli proqramlar: viruslar, trojanlar, spyware, antivirus və antispyware proqramlarının rolu, firewall, wi-fi və şəbəkə təhlükəsizliyi əsasları, ehtiyyat nüxsə (backup) və məlumat bərpası kimi məsələlərin məsimsədilməsi istiqamətində dərslərin keçirilməsindən ibarət olub.