
Şəki Regional Elmi Mərkəzdə növbəti iməcilik təşkil edilib
May 05, 2025 | 02:00
May 05, 2025 | 02:00
05 may 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən iməcilik təşkil edilib.
Mərkəzin əməkdaşları tərəfindən ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, ekoloji mühitin sağlamlaşdırılması, ərazinin gözəlləşməsi məqsədilə müəssisənin həyətyanı sahəsində ağacəkmə və yaşıllaşdırma işləri aparılıb, ağacların dibləri bellənərək suvarılıb, aqrotexniki qulluq göstərilib, həmçinin müəssisəətrafı ərazidə yol kənarı alaq otlarından təmizlənib.