Şəki Regional Elmi Mərkəzin əməkdaşının yeni kitabı işıq üzü görüb
Apr 09, 2025 | 01:00
Apr 09, 2025 | 01:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinovun “Publisistik və poetik düşüncələr” adlı yeni kitabı işıq üzü görüb.
“Mütərcim” nəşriyyatında çap edilən kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri professorlar – Məhərrəm Qasımlı, Ramazan Qafarlı, Seyfəddin Rzasoydur.
Kitabda Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi məqalələr, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haqqında publisistik yazıları, həmçinin şeirləri yer alıb.
Tural Adışirinovu təbrik edir, gələcək elmi, publisistik və bədii fəaliyyətində uğurlar arzulayırıq.








